Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə mediası Ermənistan ordusunun təxribatları ilə bağlı yaranmış hərbi qarşıdurmaya dair xəbərləri fasiləsiz yaymaqdadır

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də davamlı olaraq həyata keçirdiyi növbəti hərbi təxribatlar səbəbindən bölgədə yaranmış hərbi qarşıdurma Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən fasiləsiz olaraq işıqlandırılmaqdadır.

AZƏRTAC xəbər verir ki, Anadolu, İHA, DHA agentlikləri, TRT HABER, TÜRK HABER, A HABER, NTV və s. telekanallar, o cümlədən ölkənin aparıcı qəzetləri və xəbər portalları cəbhə bölgəsindəki vəziyyət barədə türkdilli tamaşaçıları və oxucuları məlumatlandırır.

Prezident İlham Əliyevin hadisə ilə bağlı Azərbaycan xalqına müraciəti, Azərbaycan Təhlükəsizlik Şurasının iclası, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi, Prezident Administrasiyasının və Müdafiə Nazirliyinin rəsmi məlumatları davamlı şəkildə efirlərdən yayılır.

Telekanallar siyasi, hərbi, iqtisadiyyat üzrə görkəmli ekspertlərini vəziyyətlə bağlı fikir və mülahizələrini işıqlandırırlar. Diqqətə çatdırılır ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşir, vətəndaşlar öz torpaqlarını işğaldan azad etmək üçün milli ordunun yanındadır. Azərbaycan Silahlı Qüvvələri vahid komandanlıq əsasında öz təhlükəsizliyini tam təmin etmək qüdrətindədir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

27 Sentyabr 2020 19:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə