Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynanın nüfuzlu saytları Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatlarına dair məqalələr dərc edib

Ukraynanın nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan ordusunun cəbhədə təxribatına, Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edilməsinə dair məqalələr dərc ediblər.

AZƏRTAC xəbər verir ki, Ukrinform, UNİAN, RBK-Ukrayna, 112.ua, Obozrevatel və digər saytlarda dərc edilən məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinə istinadla Ermənistan silahlılarının törətdiyi təxribatlar, mülki şəxslərin öldürülməsi, Silahlı Qüvvələrimizin uğurlu əks hücum əməliyyatlar barədə məlumatlar yer alıb.

Qeyd olunur ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub.

Cəbhənin Füzuli–Cəbrayıl istiqamətində hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalındakı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

27 Sentyabr 2020 19:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə