Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Papa Qafqazda sülh üçün dua etdi və tərəfləri danışıqlara çağırdı

Roma Papası Françisk Vatikandakı Müqəddəs Pyotr meydanında toplanan möminlərə müraciət edərək, Qafqazda barış üçün dua edib.

O, münaqişə tərəflərini dialoqa və danışıqlara çağırıb: “Əziz bacı-qardaşlar! Qafqaz bölgəsindəki toqquşmalarla əlaqədar həyəcanverici bir xəbər aldıq. Qafqazda sülh üçün dua edirəm və münaqişə tərəflərindən konkret xoş niyyət və qardaşlıq jestləri etmələrini xahiş edirəm. Elə etsinlər ki, problem güc və silah tətbiqi ilə deyil, dialoq və sülh yolu ilə həll olunsun”.

Papa Fransisk bazar günü Vatikandakı Apostol Sarayının pəncərəsindən inanclı insanlara və zəvvarlara müraciət edib.

Xatırladaq ki, sentyabrın 27-də səhər saatlarında Azərbaycan ordusu bütün təmas xətti boyunca əks-hücuma keçib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

27 Sentyabr 2020 16:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə