Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Müdafiə Nazirliyi: "Qarabağdakı bölmələrimizə zərbələr endirildi, itkilər var"

Düşmən Dağlıq Qarabağdakı hərbi hissələrə zərbələr endirib, itkilərimiz var.

Bu haqda məlumatı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Ermənistan hökumətindəki brifinqdə bəyan edib.

“Bir çox yerdə düşmən hədəflərimizə qarşı raket və hava zərbələri endirib. Dağıntılar və itkilər var. Konkret məlumatları əlavə olaraq təqdim edəcəyik”, - deyə o bildirib.

Yaxın gələcəkdə Baş nazir Nikol Paşinyanın ümumi səfərbərlik qərarı ilə bağlı təfərrüatların veriləcəyini sözlərinə əlavə edib.

Xatırladaq ki, sentyabrın 27-də səhər saatlarında Azərbaycan ordusu ermənilərin kəndlərimizi atəşə tutduqlarına cavab olaraq bütün cəbhə boyunca ək-hücuma keçib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

27 Sentyabr 2020 16:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə