Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Xarici İşlər Nazirliyi tərəfləri Qarabağda atəşkəsə və dialoqun bərpasına çağırdı

Fransa Xarici İşlər Nazirliyi tərəfləri Qarabağda atəşkəsə və dialoqun bərpasına çağırır. Bu barədə Fransa Xarici İşlər Nazirliyi rəsmi Twitter səhifəsində məlumat yayıb.

“Fransa Dağlıq Qarabağda baş verən genişmiqyaslı toqquşmalardan və mülki itki xəbərlərindən ciddi şəkildə narahatdır. Fransa toqquşmalara dərhal son qoyulmasına və dialoqun bərpasına çağırır”.

Fransa ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupundakı həmsədr ölkədir.

Xatırladaq ki, sentyabrın 27-də səhər saatlarında işğal edilən torpaqlarımızın təmas xəttində Azərbaycan kəndləri ermənilər tərəfindən intensiv atəşə tutulub. Azərbaycan ordusu düşmənin atəş nöqtələrini zərərsizləşdirmək üçün bütün cəbhə boyunca hücuma keçib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

27 Sentyabr 2020 16:09 -

Köhnə versiyamızdan xəbərləri izlə