Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi ədalət Azəbaycanın tərəfindədir

 

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən onun hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycana qarşı həm sözdə, həm də əməldə təxribatlar törədilib. Bununla da Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə ardıcıl  zərbə vurulub və beləliklə, regiondakı gərginliyin ciddi şəkildə artmasına bilərəkdən şərait yaradılıb. Bundan başqa, işğalçı dövlət rəhbərinin təşəbbüsü ilə Ermənistanda “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyənləşdirən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edilib.

Prezident İlham Əliyev xalqa müraciətində də bu barədə deyib: “Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Bax, elə bütün bunlara görə də hazırda erməni təxribatının qarşısı uğurla alınır, düşmənə layiqli cavab verilir. Artıq verilən məlumatlarda da real nəticələrin olduğu, bir sıra strateji yüksəklikərin, ərazilərin, kəndlərin işğaldan azad edildiyi bildirilir.

Qasım HACIYEV,
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmlər doktoru

27 Sentyabr 2020 16:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə