Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Torpaqlarımızın işğaldan azad ediləcəyi gün çox yaxındır

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçib və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alıb. Azərbaycan ordusu düşmənə ağır zərbələr vuraraq onu geri oturdub və bütün cəbhəboyu əks-hücuma keçib. Daxil olan məlumatlara görə, düşmən ordusu ciddi itki verərək geri çəkilib.

Azərbaycanın səbri tükənmişdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır.   Bütün dünya da Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində də deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Bununla bərabər,   Minsk qrupu çərçivəsində danışıqlar da heç bir bir nəticə vermir, Ermənistan isə ardıcıl olaraq hərbi təxribatlar törədir.

Onu da deyim ki, BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar da bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, hazırda  Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul ediblər. Əlbəttə, bu sıranı daha da genişləndirmək olar. Lakin əsas məsələ bizim mövqeyimizin beynəlxalq hüquqa və ədalətə əsaslanmasıdır. Bax, elə bu səbəbdəndir ki, bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir,  öz torpağında  ərazi bütövlüyümüzü qoruyur.

Cənab İlham Əliyevin dediyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

27 Sentyabr 2020 16:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə