Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün tarixə yazılacaq...

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”.

Bu xəbəri televiziyada Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyəndə, sevincdən nə edəcəyimizi bilmədik.

Bu. rəsmi məlumatdır. Hazırda illərdir, arzusunda olduğumuz gün yetişib. Füzulidə yurd-yuvamızı qoyub çıxandan onu ancaq yuxularımızda görmüşəm. Gah çadır şəhərciyində, gah yataqxanalarda məskunlaşmışıq. Sonra cənab Prezidentin məcburi köçkünlərə göstərdiyi diqqət, qayğı sayəsində “Qobu Park--3” yaşayış massivindən ailəmizə 4 otaqlı mənzil verilib.

Həmişə mən və mənim kimi məcburi köçkünlərin hamısı, dövlət başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində doğma yurdlarımıza qayıdacağımıza inanmışıq. İnanmışıq ki, Prezidentimiz gecə-gündüz işğalda olan torpaqlarımızın geri alınması üçün yüksək səviyyəli tribunalardan dünya dövlətlərinə müraciət edərək, haqq səsimizi yayır.

Bu gün tarixə yazılan gündür. Doğma rayonum Füzuli – Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan böyük sevinc ola bilərmi? Bizim isti ocağımızdan, doğma yurdumuzdan didərgin salan qorxaq, rəzil ermənini yaxşı tanıyırıq. Havadarlarına arxalanıb nə vaxta qədər fironluq edə bilərdi? İndi ordumuzun gücü ilə Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Bu, Prezident İlham Əliyevin uğurudur, bu onun düzgün siyasətinin nəticəsidir. Allah dövlətimizi, Prezidentimizi, ordumuzu qorusun!

Yaqut ƏLİYEVA,
Füzuli rayonundan məcburi köçkün

27 Sentyabr 2020 15:41 - CƏMİYYƏT
CƏMİYYƏT
20 Oktyabr 2020 | 15:55
Qisas qiyamətə qalmaz

Köhnə versiyamızdan xəbərləri izlə