Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız Ali Baş Komandanın və qüdrətli Ordumzun arxasındadır

Bu gecə təcavüzkar Ermənistanın işğalçı ordusu Azərbaycanın Qarabağ istiqamətində  ağır artileriya ilə atəş açaraq hücum edib. Ancaq  rəşadətli Ordumuz  düşmənin budəfəki  xəbis niyyətini də ürəyində qoydu.  Möhtərəm Prezidentimizin xalqa müraciətindən sonra insanlarda qələbəyə böyük inam yaranıb. Bu qələbənin əsası 2016- cı ilin Aprel döyüşlərində və bu ilin iyul hadisələrində qoyulmuşdu. Həmin vaxt sərhədboyu ərazilərdə təxribatlar törətmək istəyən düşmənin, necə deyərlər, burnu ovuldu və ona layiq olduğu yer göstərildi.

Xalqımız  Prezident, Ali Baş Komandan İlham Əliyevə,  Azərbaycan  Ordusuna inanır və güvənir.  Xalq  həmişə dövlətimizin başçısı ilə həmrəy olduğunu nümayiş etdirib, bu gün də nümayiş etdirir. Bu həmrəylik  bütün sahələrdə qazanılan uğurlara rəvac verir.  İnsanlarda Qələbəyə böyük inam var. Bu inamı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, ölkəyə rəhbərlik etdiyi gündən indiyədək formalaşdırdığı  güclü və qüdrətli Azərbaycan Ordusu yaradıb.

Azərbaycanın  şanlı Ordusu təcavüzkar Ermənistanın alçaq noyyətinin qarşısını həmişə alıb və onları darmadağın edib. Başqa ölkələrə güvənən işğalçı Ermənistan bu dəfə canını asanlıqla qurtara bilməcəyək. Dövlətimizin başçısı xalqa müraciətində də bunu bir daha diqqətə çatdırdı: “ Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

27 Sentyabr 2020 15:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə