Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəcəb Tayyib Ərdoğan: Türkiyə azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirməyi davam etdirəcək

Bugünkü telefon danışığı zamanı bacarıq və qətiyyətinə bir daha şahid olduğum Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə də bildirdiyim kimi, Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirməyi davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki səhifəsində etdiyi paylaşımda bildirib.

Türkiyə Prezidenti qeyd edir ki, Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Erməni xalqını onları fəlakətə aparan hakimiyyətinə və onları oyuncaq kimi istifadə edənlərə qarşı gələcəklərinə sahib çıxmağa dəvət edirik. Bütün dünyanı işğala qarşı apardığı mübarizədə Azərbaycanın yanında olmağa çağırırıq.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

27 Sentyabr 2020 15:39 -
29 Oktyabr 2020 | 21:49
Bərdənin qisası alınır

Köhnə versiyamızdan xəbərləri izlə