Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərimizin qisası alınır

Ermənistanın torpaq iddiası, vəhşiliyi, qəddarlığı nəticəsində 27 ildir ki, doğma kəndimizdən, elimizdən- obamızdan didərgin düşüb məcburi köçkün həyatı  yaşayırıq. Şükürlər olsun ki, dövlət bizim üçün hər cür şərait yaradıb. Ancaq doğma  dədə-baba yurdumuz, isti ocağımız bir an da olsun yadımdan çıxmır. Biz  heç zaman ermənilərdən qorxmamışı, onların qarşısında aciz qalmamışıq.. Ancaq  müstəqilliyimizin ilk illərində  ölkədə nizami ordu olmadığından torpaqlarımız işğal olundu. Oğlum Ələsgər Allahverdiyev 26 il əvvəl  Vətənin müdafiəsi yolunda şəhid oldu.

Möhtərəm Prezidentimiz İlahm Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qisası alınır, ermənilər işğal etdikləri ərazilərimizdən it kimi qovulur. Bu, hər birmizdə Qələbəyə böyük ümid yaradıb. İnanırıq ki, həmin günü Böyük Qələbəni lap tez görəcəyik.  Dünyanın  ən güclü ordulardan biri  olan Azərbaycan Silahlı Qüvvələri düşmənə layiq olduğu yeri gösrətəcək. Biz iki dəfə 2016- cı ilin Aprel döyüşlərində və bu ilin iyul hadisələrində  düşmən üzərində qələbənin şahidi olduq. Ermənilər həmin döyüşlərdə canlarını güclə qurtardılar, ancaq bu dəfə qurtara bilməyəcəklər. Artıq bunu özləri də hiss ediblər.

Alışan ALLAHVERDİYEV,
Füzuli rayonu, şəhid atası

27 Sentyabr 2020 15:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə