Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır

Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır. Buna görə də ölkəmizdə internet şəbəkəsində müəyyən məhdudiyyətlər var.

AZƏRTAC xəbər verir, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, ermənilər hətta əvvəlki dövrə aid kadrları yayır ki, bu da heç bir həqiqəti əks etdirmir. O, əhaliyə diqqətli olmağı, bu cür dezinformasiyalara inanmamağı və rəsmi məlumatları izləməyi tövsiyə edib.

27 Sentyabr 2020 15:13 -

Köhnə versiyamızdan xəbərləri izlə