Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Təhsil Nazirliyi (Bakı şəhəri, Xətai prospekti 49) dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satınalınması üçün açıq tender (müsabiqə) elan edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi (Bakı şəhəri, Xətai prospekti 49)  dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satınalınması üçün  açıq tender  (müsabiqə) elan  edir

Lotlar

İş və xidmətlərin adları

Müdavimlərin sayı

Təlimin həcmi (akadamik saatla )

Lot-1

"Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası" üzrə ixtisasartırma təlimi

2 000

36

Lot- 2

Ümumi orta və tam orta təhsil səviyyələrində Azərbaycan dili müəllimləri üçün "Yazı işinin təşkili metodikası" üzrə ixtisasartırma təlimi

2 000

36

Lot- 3

İbtidai təhsil səviyyəsində "Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası" üzrə ixtisasartırma təlimi

2 500

36

Lot-4

İbtidai təhsil səviyyəsində “Sinfin idarəedilməsi” üzrə ixtisasartırma təlimi

2 000

24

Lot- 5

İbtidai təhsil səviyyəsində "İnklüziv təhsilin təşkili metodikası" üzrə ixtisasartırma təlimi

500

36

 

  1. Azərbaycan Respublikası Təhsil Nazirliyindən hüquqi, maliyyə və ya təşkilati asılılığı  olmayan ali təhsil müəssisələri və əlavə təhsil müəssisələri dövlət mənsubiyyətindən asılı olmayaraq (BMT-nin Təhlükəsizlik Şurasının embarqo qoyduğu ölkələr və Ermənistan Respublikasından savayı) satınalma prosedurunda iddiaçı kimi iştirak edə bilərlər.
  2. Tenderdə təlimlərin keçirilməsi sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, satınalma müqaviləsi bağlamaq səlahiyyəti, ödəmə qabiliyyətli, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olan, müflis elan  edilməyən, ödənişə yönəlmiş girovu olmayan, əmlakı üzərində həbs qoyulmayan, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmayan  , peşə fəaliyyəti ilə məşğul olması məhkəmə qaydasında qadağan edilməyən iddiaçılar iştirak edə bilərlər.
  3. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və qiymətləndirilmə meyarları əsas şərtlər toplusunda öz əksini tapır.
  4. Tender iştirakçısı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki xüsusiyyətlər və s. ilə tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər. Tenderdə iddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən 2018-ci il avqustun 30-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • tenderdə iştirak üçün yazılı müraciət;
  • iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • iddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və  bank rekvizitləri;
  • son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış və vergi orqanlarına təqdim edilmiş hesabatın surəti (sənədlərin təqdim edildiyi tarixə);
  • sosial ödəniş öhdəliklərinin icrası vəziyyəti ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatlar və həmin qurumun arayışı;
  • dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydada cari ildə təsdiq edilmiş surəti;
  • hüquqi şəxslərin nizamnaməsinin notariat qaydada cari ildə təsdiq edilmiş surəti;
  • hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydada cari ildə təsdiq edilmiş surəti;
  • təlimlərin keçirilməsi sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsinin olması barədə məlumat.

Göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alır.    

  1. Tenderdə iştirak haqqı hər bir lot üçün  200 manatdır.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Bakı şəhəri, Az 1008, Хətai prospekti  49, Azərbaycan Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, DXA, VÖEN: 1401555071, kod 210005, müxbir hesab AZ41NABZ01360100000000003944, S.W.I.F.T.-CTREAZ22, hesab № AZ30CTRE00000000000002168501, Fond 7, Büdcə gəlirlərinin təsnifatı 142340, Sair daxilolmalar.

İştirakçıların iddiaçı statusu almaq üçün satınalan təşkilata ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.

  1. İddiaçılar əsas şərtlər toplusunda qeyd olunan bütün lotlar və ya istədikləri lot üzrə iştirak edə bilər və iddiaçı kimi yalnız bir təklif verə bilər.
  2. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış hesab edilir, satınalan təşkilat həmin lot üzrə tenderin davamından imtina edir və təqdim olunan tender təklifləri açılmadan geri qaytarılır.
  3. Tender təklifi keyfiyyət və maliyyə (qiymət) təkliflərindən ibarətdir. Keyfiyyət və maliyyə (qiymət) təklifləri hər bir lot üzrə ayrı-ayrı zərflərdə və eyni tarixdə təqdim olunmalıdır. Keyfiyyət təklifi üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lotun nömrəsi qeyd olunan bir ədəd əsli və bir ədəd  surəti  ayrı-ayrı bağlı, imzalanmış və möhürlənmiş zərflərdə (qutularda) təqdim olunmalıdır. Təlimlərin həyata keçirilməsi üçün təklif olunan ümumi yanaşmanın təsviri, iş planı, təlimin proqramı və metodiki vəsait, təlimçilərin tərcümeyi-halları (CV-ləri) keyfiyyət təklifinin tərkib hissəsi kimi təqdim olunmalıdır.

     İddiaçı iştirak etdiyi hər bir lot üzrə maliyyə təklifini, təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 1 (bir) %-i həcmində  bank təminatını “Dövlət satınalmaları haqqında” Qanunun və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq bir ədəd əsli və bir ədəd surəti ayrı-ayrı zərflərdə olmaqla ümumi bir zərfdə təqdim edir. Hər bir zərf üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lotun nömrəsi qeyd olunmaqla iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

  1. İddiaçılar tender təklifini (zərflər açıldığı gündən sonra 60 bank günü  qüvvədə olmalıdır) və tender təklifinin qiymətinin 1 (bir) %-i həcmində bank təminatını (qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) 7 sentyabr 2018-ci il  saat 18.00-dək tender komissiyasına təqdim etməlidirlər. Keyfiyyət və maliyyə (qiymət) təklifləri olan bağlamaların (zərflərin) açılışı 10 sentyabr 2018-ci il  saat 15.00-da Təhsil Nazirliyində keçirilir (iddiaçıların nümayəndələri tender iclasında iştirak edə bilərlər).
  2. Satınalan təşkilat tender təkliflərini qiymətləndirib  müqayisə edərkən tenderin “Əsas şərtlər toplusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər (işlər və mallar) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.

 

  1. Bütün tender sənədləri Azərbaycan dilində tərtib olunmalıdır. 

İşin icrasının başlanması tarixi – satınalma müqaviləsi imzalandığl gündən,

       İşin yerinə yetirilməsi vaxtı – müqavilənin icra müddəti  2018-ci il dekabrın 25-nə qədərdir.

Təkliflərin tutduğu yer onların keyfiyyət və maliyyə ballarının cəminə uyğun olaraq  IV bölmədə verilmiş xüsusi çəkilərdən istifadə etməklə  müəyyən olunmalıdır. Keyfiyyət və maliyyə ballarının ən yüksək cəminə  görə  iddiaçı tenderin qalibi olur.

Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti 49,
Təhsil Muzeyi, I mərtəbə, 137-ci otaq, tender üzrə əlaqələndirici şəxs - Gülüstan Cəfərova.

Əlaqə telefonları: 599-11-55 (daxili 5296)

e-mail: [email protected]

 

Tender komissiyası

 

7 2018 22:19 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Avqust 2019 | 10:35
B İ L D İ R İ Ş
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə