Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dağlıq Qarabağ Respublikası”ilə danışıqları Azərbaycan Ordusu aparır

Dövlət başçımızın xalqa müraciətində Ermənistan rəhbərliyinin xəyanəti və rəzilliyi növbəti dəfə dünya ictimaiyyətinə çatdırıldı:

“Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda -- Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır”.

Mən demişdim ki, “Dağlıq Qarabağ Respublikası”ilə danışıqları Azərbaycan Ordusu aparmalıdır. Buyurun, həmin danışıqlar gedir.

Tofiq BAKIXANOV,
Xalq artisti, professor

27 Sentyabr 2020 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə