Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır

Cənab Prezident Azərbaycan xalqına müraciət etdi, Ermənistanın təxribatının və təcavüz aktının məqsədləri barədə məlumat verdi.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev deyib: “Dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın bu təxribatının mahiyyətində faşizm xisləti dayanır. Ermənilər bu gün səhər saatlarından başlayaraq mülki insanları atəşə tutaraq faşist xislətlərini bir daha göstərdilər. Bu təxribatın qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Hadisələrlə bağlı ölkə ictimaiyyətinə ətraflı məlumat veriləcək. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır”.

27 Sentyabr 2020 14:42 -

Köhnə versiyamızdan xəbərləri izlə