Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbdülhəmid Gül: Türkiyə dost və qardaş Azərbaycanın yanındadır

Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu ifadələri Türkiyə Respublikasının Ədliyyə naziri Əbdülhəmid Gül təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında ifadə edib.

Nazir paylaşımında bildirib: “Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüququ pozan intensiv hücumlarını qətiyyətlə qınayırıq. Şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

27 Sentyabr 2020 14:32 -

Köhnə versiyamızdan xəbərləri izlə