Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcü ekspert: Ermənistan hakimiyyəti qırmızı xətti keçib

Ermənistan tərəfi daha bir təxribata əl atmaqla bir daha sübüt etdi ki, onlar regionda sülhün olmasında maraqlı deyillər. Bunu Trend-ə gürcüstanlı ekspert Quram Marxuliya deyib.

Qarabağda separatçı rejimə nəzarət edən Ermənistan hakimiyyəti qırmızı xətti keçib, baxmayaraq ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra bütün bu illər ərzində Bakı səbrlə münaqişənin sülh yolu ilə həllinə çalışıb.

O qeyd edib ki, məhz buna görə ermənistanlı rəhbərlər öz diasporlarına müraciət edir, dünya ictimaiyyətini işğal olunmuş ərazilərin Ermənistan ərazisi olduğuna inandırmaq üçün Livandan ailələri köçürür.

Ekspert bildirib ki, hətta Livan və Suriyadan olan qaçqınlar da işğal olunmuş Qarabağa köçmək istəmir, çünki buranı erməni əraziləri hesab etmir:

"Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin azad edilməsi barədə dörd qətnaməsinin icra olunmadığını bir daha vurğuladı. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə aktivlik nümayiş etdirmir. Erməni ASALA terror təşkilatına gəldikdə isə, onun qanlı imici hamıya məlumdur".

Ekspertin sözlərinə görə, təcavüzkar layiqli cavabını almalıdır. Bundan sonra hərbi təxribatların qarşısı qətiyyətlə alınmasa, Yerevan rejimi "sonuncu erməniyə qədər" müharibəni davam etdirməli olacaq:

"Bəs ermənilər öz destruktiv mövqeyinin və siyasətinin nəticələrini başa düşürmü? Kim Ermənistana 100 faizli təminat verə bilər ki, əsas geosiyasi iştirakçılar Azərbaycanı erməni təxribatına cavab verərkən dayandırmağa çalışacaq. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün bu hüquqa sahibdir".

 
27 Sentyabr 2020 14:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə