Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə parlamentinin sədri: Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir

Mülki əhalinin hədəfə alınması göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün təhdid deyil, bölgədə sülhə təhlükə yaradan islah olunmaz bir terror dövlətidir. Bu təxribatlara görə ancaq Ermənistan məsuliyyət daşıyır.

Anadolu agentliyi xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib.

Mustafa Şentop bildirib ki, Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmaqda davam edəcək.

27 Sentyabr 2020 13:23 -

Köhnə versiyamızdan xəbərləri izlə