Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaradıcılıq uğurları arzusu ilə...

Opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Şahlar Həsənağa oğlu Quliyev 1946-cı il sentyabrın 25-də Cəlilabadda doğulub. Orta məktəbi rayonda bitirib ali təhsil dalınca paytaxta gəlib.

O, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfini) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir.

Aparıcı səhnə ustası – yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev, teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir.

Bugünədək “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşin mal alan”da Süleyman, “Gəlin qayası”nda Xan, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Riqoletto”da Monterone, “Toska”da Skarpia, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar, “Natəvan”da Qasım bəy Zakir kimi rolları peşəkarlıqla ifa edən sənətkar geniş tamaşaçı rəğbəti qazanıb.

Şahlar Quliyev Türkiyədə, Quzey Kıprısda və b. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək, uğurlu çıxışlar edib. O, vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir. Xalq artisti “Qız qalası” (2000), “Bəylik dərsi” (2007) filmlərində rol alıb.

Hörmətli sənətkarımıza möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!

 

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

27 Sentyabr 2020 14:30 - CƏMİYYƏT
CƏMİYYƏT
20 Oktyabr 2020 | 15:55
Qisas qiyamətə qalmaz

Köhnə versiyamızdan xəbərləri izlə