Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş prokuror və hərbi prokuror cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırı­ğına əsasən Azərbaycan respublikasının Baş prokuroru Kamran Əliyev, respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucal­dılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad olunub.

Müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qayda­larının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Hərbi qulluqçularla görüşlər zamanı Silahlı Qüvvələrin Ali Baş Koman­danının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Or­dusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb.

K.Əliyev hərbi xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edib.

Sonra hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında onları ma­raqlandıran suallar cavab­landırılıb.

AZƏRTAC

27 Sentyabr 2020 13:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə