Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə hökuməti: Paşinyanın Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar dünya ictimaiyyətini aldatmaq cəhdidir

Ermənistanın baş naziri Nikol Paşin­yanın BMT Baş Assambleyasının 75-ci sessiyasında Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar dünya ictimaiyyətini aldatmaq cəhdidir.

Türkiyə hökumətindən bildiriblər, bütün dünya Ermənistanda dərin daxili siyasi böhra­nın yaşandığını bilir və o, dünya ictimaiyyətini aldatmaq üçün BMT tribunasından istifadə etdi: “Amma Paşinyanın dünya ictimaiyyətini Türkiyə və Azərbaycan barədə əsassız bəyanatlarla aldatmaq cəhdləri uğursuzluğa məhkumdur. Cənubi Qafqazda problemlərin əsas səbəbi məhz Ermənistandır. Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmış ölkə kimi öz ərazilərini azad etmək hüququna malikdir. Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olma­dığı barədə bəyanatına gəldikdə isə, bu məsələdə qərarı Azərbaycan verir. Türkiyə Azərbaycanın əsas müttəfiqi kimi qəbul edilən qərardan asılı olmayaraq onu hər zaman dəstəkləyəcək”.

“Xalq qəzeti”

27 Sentyabr 2020 13:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə