Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Macarıstanlı ekspert: BMT Baş Assambleyasının ümumi debatlarında Bakı regional təhlükəsizliyin başlıca məsələlərinə toxunub

Ermənistan dərk etməlidir ki, onun tərəfindən Azərbaycan ərazilərinin işğalı dünyada dəstək tapmır və heç vaxt tapmayacaq. AZƏRTAC xəbər verir ki, Macarıstanın Vesprem şəhərindəki Pannon Universitetinin “Dövlət və hüquq” kafedrasının əməkdaşı Peter Tyukodi bu haqda fikirlərini agentliyin müxbiri ilə söhbətində BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən bildirib.

Ekspert deyib: “Heç bir dövlət təcavüz, işğal və zəbt edilmiş torpaqların məskunlaşdırılması kimi qanunsuz hərəkətlərin nəticələrinin legitimləşdirilməsinə və beynəlxalq bir­lik tərəfindən tanınmasına ümid edə bilməz. Mənim ölkəm olan Macarıstanın İsraillə çox səmimi münasibətləri mövcuddur. Lakin bütün bunlara baxmayaraq, bizim israilli dostları­mız işğal edilmiş Fələstin ərazilərində yaşayış məskənlərinin yaradılmasının biz tərəfdən tanınmasını və dəstəklənməsini gözləməsinlər. İsraillə müqayisədə dünyada qat-qat az dostu olan Ermənistan haqqında isə danışmağa dəyməz”.

Bununla yanaşı, Tyukodi xatırladıb ki, Ermənistan ilə Macarıstan arasında hətta diploma­tik münasibətlər belə yoxdur. “Bu münasibətlər 2012-ci ildə - Budapeşt və Bakı Azərbaycan vətəndaşının Vətənə tamamilə qanuni ekstradi­siyasını həyata keçirdikdən sonra Ermənistan tərəfindən birtərəfli qaydada və kifayət qədər isterik formada kəsilib. Bu addımdan son­ra Ermənistanda bizim tərəfimizdən azacıq simpatiyaya necə ümid edə bilərlər”, - deyə həmsöhbətimiz istehza ilə vurğulayıb.

Ekspert deyib: “Biz tamamilə Bakının tərəfindəyik. Prezidentin BMT Baş Assamble­yasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışında ifadə etdiyi mövqe təkcə Budapeştin deyil, həm də bütün dünya birliyinin mövqeyi ilə tamamilə üst-üstə düşür”.

27 Sentyabr 2020 13:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə