Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 350 Bakı şəhəri, 23 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli Sərəncamının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası yaradılsın.

2. “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi” təsdiq edilsin (2 nömrəli əlavə).

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

27 Sentyabr 2020 01:17 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə