Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayonunda büdcədən kənar vəsait hesabına yolların əsaslı təmiri işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Lot-1. Tovuz rayonunda büdcədən kənar vəsait hesabına yolların əsaslı təmiri işlərinin satın alınması.

İşlərin yerinə yetirilmə müddəti ilin axırına qədərdir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib im­zalanmış şəkildə www.tender.gov.az. portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 80 manat məbləğində iştirak haq­qını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Tovuz şəhəri, İstiqlal küçəsi 2 nömrəli ünvanda Tovuz Rayon İcra Hakimiyyətindən (əlaqələndirici şəxs – Məmmədov Mübariz Məmməd oğ­lundan, telefon – (050-264-62-48 ) və yaxud www.tender.gov.az. portalından əldə edə bilərlər.

Təşkilat – Tovuz Rayon İcra Hakimiyyəti

H/h – AZ03C­TRE00000000000002513531

VÖEN –7300145781

Bank – Dövlət Xəzinədarlığı Agent­liyi

Kod – 210005

VÖEN –1401555071

M/ h – AZ­41NABZ01360100000000003944

S.W.İ.F. CTRE AZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri www.tender.gov.az. portalı vasitəsilə təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxa­rıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 oktyabr 2020-ci il saat 11.00-a, tender təklifi və bank zəmanətini isə 26 oktyabr 2020-ci il saat 17.00-a qədər, www.tender.gov.az. porta­lında yerləşdirməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər etibarsız hesab olunacaqdır. İddia­çıların təkliflərinə 27 oktyabr 2020-ci il saat 11.00-da Tovuz Rayon İcra Hakimiyyətində baxılacaqdır. İddiaçılar tenderin nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Bu barədə məlumat www.tender.gov.az. internet saytında yerləşdirilmişdir.

Tender komissiyası

27 Sentyabr 2020 00:58 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Oktyabr 2020 | 01:38
B İ L D İ R İ Ş
27 Oktyabr 2020 | 01:37
B İ L D İ R İ Ş
25 Oktyabr 2020 | 00:39
B İ L D İ R İ Ş
24 Oktyabr 2020 | 00:27
B İ L D İ R İ Ş
24 Oktyabr 2020 | 00:26
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə