Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa: cəbhə bölgəsində adamlar əkinlə, biçinlə məşğuldurlar...

Tatlı kəndi rayon mərkəzindən 15 kilometr aralıda yerləşir. Ermənistanla həmsərhəd olan kənddə adamlar əkinçilik və heyvandar­lıqla məşğul olurlar. Onlar mənfur qonşuların son vaxtlar azğınlaşması­nı qətiyyətlə pisləyir, düşmənə istənilən anda layiqli cavab veriləcəyini bildirirlər. Kənddə iş bir gün də dayanmır.

Bu günlərdə rayon icra hakimiyyətinin başçı­sı Seymur Orucov cəbhə bölgəsində yerləşən Tatlı kəndinə getmiş, bir qrup ziyalı və ağsaqqallarla görüş­müşdür.

Rayon rəhbəri görüşdə koronavirus pandemiyası ilə mübarizədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayonda görülən işlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu istiqamətdə görülən işlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlı­ğıdır.

Son günlər işğalçı Ermənistan tərəfindən törədilən təxribatlara da toxunulub. Qeyd olunub ki, bu təxribatların qarşısının alınması zamanı düşmənə endirilən sarsıdıcı zərbələrlə ordumuz hansı gücə malik olduğunu bütün dünyaya nümayiş etdirdi.

Görüşdə ziyalılar və ağsaqqallar bir sıra təkliflərlə çıxış edərək ölkə rəhbərliyinin müvafiq tap­şırığına əsasən Ağstafa rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə, icra olunan sosial layihələrə, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə göstərilən diqqət və qayğıya görə öz razılıqlarını bildiriblər.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

27 Sentyabr 2020 10:50 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə