Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad edilən Günnütdə yeni əsgəri məişət-yaşayış kompleksləri tikilib

İşğaldan azad edilən Günnütdə yeni əsgəri məişət-yaşayış kompleksləri tikilib

Nuhçıxandan verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə müasir standartlar səviyyəsində əsgər yataqxanaları, əsgəri-məişət kompleksləri, Təlim-Tədris Mərkəzləri, Qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb. Həyata keçirilən tədbirlər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Hətta hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa zaman kəsiyində inşa olunan əsgəri-məişət kompleksləri ön xətdə xidmətin rahat və etibarlı təşkilinə müsbət təsir göstərir.

 

İ.Əmənullayev,
 “Xalq qəzeti”

12 Oktyabr 2018 18:17 - CƏMİYYƏT
CƏMİYYƏT
12 Dekabr 2018 | 17:23
Tovuzda anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin