• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mikayıl Müşfiq yaradıcılığına böyük məhəbbətlə

Mikayıl Müşfiq yaradıcılığına böyük məhəbbətlə

NUHÇIXAN-dan verilən xəbərə görə, Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bidirilib ki, Azərbaycan Respublikasının Prezidenti 2018-ci il  may ayının 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam çərçivəsində  ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik nümunələr yaradıb. Doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetikası Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib.

Vurğulanıb ki, Müşfiqi bütün nəsillərə sevdirən onun səmimi poeziyasının xalq ruhu ilə bağlılığı, doğma Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm etməsidir.

 

İ.Əmənullayev,
“Xalq qəzeti”

12 Oktyabr 2018 18:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin