Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mənim Bakım” layihəsi çərçivəsində “İçərişəhərin məscidləri” nümayiş olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Mənim Bakım” layihəsi çərçivəsində “İçərişəhərin məscidləri” adlı yeni videoçarxla izləyicilərin görüşünə gəlib.

AZƏRTAC xəbər verir ki, mədəniyyətimizin, tarixi-mədəni irsimizin təbliği məqsədilə həyata keçirilən layihə çərçivəsində bundan əvvəl “İçərişəhər haqqında”, “İçərişəhər filmlərdə”, “İçərişəhərin məhəllələri” adlı videoçarxlar Azərbaycan və rus dillərində hazırlanaraq kitabxananın sosial şəbəkələrində paylaşılıb.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır.

Bununla əlaqədar videoçarxda dini-mənəvi abidələr haqqında məlumat izləyicilərə Xalq artisti, mərhum kaman ustası Habil Əliyevin ifa etdiyi “Bayatı-Şiraz” muğamının müşayiəti ilə nümayiş etdirilir.

Videoçarx kitabxananın “Instagram” və “Facebook” sosial şəbəkə hesablarında izləyicilərə təqdim olunub. Təqdim olunan videoçarxı, həmçinin Binəqədi rayon MKS-nin “YouTube” kanalından da izləmək mümkündür.

Layihə çərçivəsində İçərişəhərin tarixi, mədəni həyatı haqqında mütəmadi silsilə videoçarxlar təqdim olunacaq.

26 Sentyabr 2020 11:43 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə