Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

D vitamini koronavirusdan ölüm faizini azaldır

ABŞ alimləri COVID-19-dan ölüm faizini əhəmiyyətli dərəcədə aşağı salan amili aşkar ediblər. Boston Universitetinin Tibb Məktəbinin tədqiqatçılarının bununla bağlı elmi işi “PLOS ONE” jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, qanında normal D vitamini olan koronavirus pasiyentləri arasında ağırlaşma halları və ölümlər daha azdır.

Beləliklə, 40 yaşdan yuxarı insanlar arasında bədəndə kifayət qədər maddəsi olanların ölüm faizi qalanlara nisbətən 51,5 faiz daha azdır. Alimlər bədəndə D vitamininin kifayət qədər olmasının “sitokin fırtınası” kimi fəsadların qarşısını almağa kömək edə biləcəyini də vurğulayıblar.

Bundan əvvəl də Rokfeller Universitetinin (ABŞ) alimləri COVID-19-un həyat üçün təhlükəli olmasının və virusdan ölüm hallarının immunitet sisteminin zəifliyi ilə əlaqəli olduğunu bildirmişdilər. Tədqiqatçıların gəldiyi nəticələrə əsasən, COVID-19-un ağır forması ilə tədqiq edilən azı 3,5 faiz pasiyentin antivirus müdafiəsində iştirak edən genlərdə mutasiyalar var.

R.TAHİR,
“Xalq qəzeti”

26 Sentyabr 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə