Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 354 Bakı şəhəri, 24 sentyabr 2020-ci il

Torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə

Azərbaycan Respublikası Preziden­tinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanına əlavə edilmiş yerquruluşu planlarında göstərilən torpaqları dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilsin.

2. Azərbaycan Respublikasının İq­tisadiyyat Nazirliyi “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanına əlavə edilmiş yerquruluşu planla­rında göstərilən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı tədbirləri “Torpaqların dövlət ehti­yacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçir­sin və bu barədə Azərbaycan Respub­likasının Nazirlər Kabinetinə məlumat versin.

3. Qaradağ Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələlərin həlli ilə bağlı səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini təmin etsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

26 Sentyabr 2020 04:53 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə