Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 353 Bakı şəhəri, 24 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə ba­kalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda dəyişiklik edilməsi haq­qında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 964) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə ba­kalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci və 3.3-cü bəndlərə ismin müvafiq hallarında “pilləsi” sözündən sonra ismin müvafiq hallarında “və ya yüksək texniki peşə təhsili səviyyəsi” sözləri əlavə edilsin.

2. 3.2-ci bəndin ikinci cümləsinə “orta ixtisas” sözlərindən sonra “və ya peşə” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

26 Sentyabr 2020 04:53 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə