Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-nun doktarantı Türkiyədə elmi konfransda çıxış edib

ATMU-nun doktarantı Türkiyədə elmi konfransda çıxış edib

Oktyabr ayının birinci ongünlüyündə Türkiyənin Kayseri şəhərinin Dəvəli  bölgəsində “Uluslararası Dəvəli Aşıq Seyrani və Türk kültürü”mövzusunda elmi konfrans keçirilib.

 Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Bünyamin Qəmbərlinin “Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki mədəniyyət” və Türkiyəli professor dr. Nəcati Dəmirin “Oğuzlar” mövzusuna həsr etdiyi çıxışa açıqlaması konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Türkiyənin Kayseri şəhərinin Dəvəli bölgəsində öz işini uğurla başa vuran “Uluslararası Dəvəli Aşıq Seyrani və Türk kültürü” mövzusundakı elmi konfransın gündəliyinə Türkiyə Respublikasından 70, Azərbaycandan 6, Qırğızıstan, Qazaxıstan, Yunanıstan və digər ölkələrdən 30 məqalə daxil edilmişdi.

Konfrans materiallarının həm elektron, həm də kitab şəklində çap olunub geniş ictimaiyyətə çatdırılması qərara alınıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Oktyabr 2018 16:57 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin