Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunmasını tələb edib

Q.Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunmasını tələb edib

Milli Məclisin deputatı Qənirə Paşayeva dünən AŞPA-da çıxış edərək işğalçı Ermənistanın uzun müddətdir ki, qeyri-qanuni girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldırıb və Avropa Şurasını onların azadlığa buraxılması üçün daha sərt addımlar atmağa, Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırıb.

O deyib: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz ata-baba yurdunu ziyarət üçün getmiş 2 azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir və Avropa Şurasının Baş Katibinin belə çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad etməkdən imtina edir”.  Q.Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün təşkilatdan Ermənistan rəhbərliyinə təzyiq göstərməsini tələb edib.

“İşğalçılara qarşı AŞPA olaraq mübarizəmizi daha da sərtləşdirməliyik,”-- deyən deputat uzun müddətdir ki, işgəncələr verilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş insan haqlarının müdafiəsi və onların azadlığa buraxılması üçün Avropa Şurasını səylərini daha da gücləndirməyə çağırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Oktyabr 2018 16:54 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin