Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (Bərpa Agentliyi) Azərbaycan Respublikası dövlət büdcəsinin ehtiyat fondunun vəsaiti hesabına Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi 46/11 nömrəli ünvanda qəzalı vəziyyətdə olan 5 mərtəbəli, iki girişli binanın sakinlərinin köçürülməsi, binanın sökülməsi və həmin yerdə yeni 5 mərtəbəli, iki girişli binanın tikintisi işlərinin davam etdirilməsinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.

Lot -1. Lənkəran şəhəri, Şəhidlər Xiya­banı küçəsi 46/11 nömrəli ünvanda yerləşən qəzalı vəziyyətdə olan 5 mərtəbəli, iki girişli binanın sakinlərinin köçürülməsi, binanın sökülməsi və həmin yerdə yeni 5 mərtəbəli, iki girişli binanın tikintisi işlərinin davam etdirilməsinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https//www.etender. gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirkaçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqı­nı aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satı­nalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 1000 (bir min) manatdır.

İddiaçılar iştirak haqqını satınalan təşkilatın aşağıdakı hesabına köçürməlidirlər:

Azərbaycan Respublikası “Beynəlxalq Bankı” ASC-nin müştəri xidməti departa­menti

Kod- 805250

VÖEN- 9900001881

M/h- AZ03NABZ 01350100000000002944

S.W.I.F.T. Kod- BİK:İBAZAZ 2X

H/h- AZ32IBAZ38030029449330720120

VÖEN- 1400294891

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin ümumi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

- iddiaçılar haqqında aşağıdakı sənədlər tələb olunur;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların son 5 ildə eyni kateqori­yalı, oxşar və analoji obyektlərin tikintisi və müvəffəqiyyətlə təhvil verilməsi təcrübəsinin olması barədə (obyektlərin siyahısı, ün­vanları və icra olunmuş işlərin məbləğini göstərməklə);

- tikinti işlərinin yerinə yetirilməsi üçün iddiaçının idarəetmə səriştəsi, lazımi texniki, maliyyə və professional imkanlarının olması barədə arayış;

- -işlərin görülməsi üçün iddiaçının sərbəst vəsaitinin olması haqqında arayış;

- iddiaçının səlahiyyətli bankdan ən azı 500 min manat məbləğdə kredit almaq imkanı olmalı və bu imkan haqqında təsdiqləyici sənəd təqdim edilməlidir;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid öhdəliklərin olub-olmaması barədə vergi orqanlarından rəsmi arayışlar;

- iddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışları;

- iddiaçının kredit borclarının olmaması haqqında bank arayışları;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (forma 1 və forma 2);

- iddiaçının lazımi qədər avadanlıq­ları, xüsusi mexanizmləri və özünün işçi qüvvəsinin tərkibində yüksək səviyyəli mütəxəssislər olmalıdır.

- Bərpa Agentliyi tərəfindən əvvəllər keçirilən tenderlərdə iddiaçıların axırıncı 5 ildə inşa və bərpa etdikləri obyektlərin yüksək keyfiyyətlə və vaxtında istifadəyə verilməsi bir qayda olaraq nəzərə alınacaq­dır.

Sənədlər Azərbaycan dilində tərtib olun­malıdır. İddiaçılar tenderlə bağlı sualları por­tal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınal­maları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar:

Əlaqələndirici şəxs- Əhməd Əhmədov, əməliyyatlar üzrə menecer.

Ünvan- Bakı şəhəri, İbrahimpaşa Dada­şov küçəsi 260, III mərtəbə.

Telefonlar- (012) 561 72 81, (012) 561 70 97, Faks: (012) 561 70 98.

Email: [email protected]

İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 16 oktyabr 2020-ci il saat 14.30-a, tender təklifini və təklifin bank təminatını isə 26 oktyabr 2020-ci il saat 14.30-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə qəbul olunmayacaqdır.

İddiaçıların tender təklifi zərfləri 27 oktyabr 2020-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələrilə elektron portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur­lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

26 Sentyabr 2020 04:35 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Yanvar 2021 | 00:00
B İ L D İ R İ Ş
26 Yanvar 2021 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə