Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs bədii tərtibat işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və bədii tərtibat işlərinin satın alınması üçün açıq tender haq­qında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iş­tirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 300 (üç yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs

VÖEN - 1005379691

“Kapital Bank”ASC-nin Mərkəz filialı

VÖEN - 9900003611

H/h - AZ71AIIB 38090019440419396102

M/h - AZ37NABZ 01350100000000001944

Kod - 200026

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin ümumi qiymətinin 1faizi məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statu­su, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiqi);

- son 3 ildə (2018-2020-ci illər) bədii tərtibat işləri sahəsində uğurla yerinə yetirlmiş və ya davam edən müqavilələrin sayı 6 və daha çox (müqavilələr yüklənməlidir);

- təcrübəli işçi heyəti, istehsal sahəsi və anbarın mövcudluğu barədə məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uy­ğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 20 oktyabr 2020-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatını isə 28 oktyabr 2020-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 29 oktyabr 2020-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

26 Sentyabr 2020 04:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Yanvar 2021 | 00:00
B İ L D İ R İ Ş
26 Yanvar 2021 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə