Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasından daha 137 nəfər sağalıb, 101 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 137 nəfər sağalıb, 101 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti ya­nında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, CO­VID-19 üçün götürülən ana­liz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 787 nəfərin korona­virus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib. Aktiv xəstə sayı 1812 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 87 min 578 test aparılıb. Bugünkü test sayı isə 6705-dir.

26 Sentyabr 2020 04:33 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə