Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

Dünya bazarında “qara qızıl”ın qiyməti gah azalır, gah da yuxarı qalxır. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,83 faiz artaraq bir barreli 42,27 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,55 faiz artaraq bir barreli 40,29, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,5 faiz artaraq bir barreli 43,32 dollar olub.

Ekspertlər bildiriblər ki, neftin qiymətinin qalxıb-enməsi COVID-19 pandemiyası ilə bağlıdır. Dünyanın inkişaf et­miş əsas dövlətləri sərt karantin rejiminə keçiblər. Bu isə istər-istəməz dünya bazarında “qara qızıl”ın qiymətinə mənfi təsir edir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

26 Sentyabr 2020 04:28 - İQTİSADİYYAT
İQTİSADİYYAT
12 Oktyabr 2020 | 11:13
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə