• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya ordusu zərbə endirmək üçün nəzərdə tutulan pilotsuz aparatlarla təchiz olunacaq

Rusiya ordusu zərbə endirmək üçün nəzərdə tutulan pilotsuz aparatlarla təchiz olunacaq

Rusiya ordusu uzaq mənzilli və davamlı uçuşa malik pilotsuz hücum aparatları ilə təchiz olunacaq.

Trend-in məlumatına görə, bu barədə "İzvestiya" qəzetinə Dövlət Pilotsuz Aviasiya Mərkəzinin rəis müavini podpolkovnik Andrey Laykovski açıqlama verib.

Silahlı Qüvvələrin ABŞ-da istehsal edilən "MQ-9 Reaper" uçuş aparatının analoqu olan kəşfiyyat-hücum aparatlarına nə zaman sahib olacağına gəlincə, zabit həmin komplekslərin yaxın vaxtlarda qoşunların silahlanmasına daxil olacağını bildirib.

A.Laykovski əlavə edib ki, silahlanmaya düşməni radioelektron şüalar və radarın köməyi ilə tapmağa qadir olan yeni "kəşfiyyatçı"lar da daxil ediləcək.

12 Oktyabr 2018 16:44 - TEXNİKA
TEXNİKA

Ən son xəbərləri səhifəmizdən də izləyin