Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaşa görə pensiyalar elektron qaydada təyin olunub

Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların proaktiv qaydada təyinatına başlanıb.

E-təyinat prosesinin davamı olaraq, bu ilin yanvar-avqust aylarında 10 min 113 nəfərə (qeyd edilən dövrdə yaşa görə pensiya təyin olunanların 88 faizinə) yaşa görə pensiya elektron qaydada təyin olunub.

Beləliklə, yaşa görə pensiya təyinatlarının məmur-vətəndaş təması və vətəndaşların müvafiq sənədləri toplayıb aidiyyəti quruma təqdim etməsinə ehtiyac olmadan, şəffaf və operativ təyin edilməsi təmin olunub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 Sentyabr 2020 09:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə