• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seysmoloji Xidmət Mərkəzi Badamdardakı sürüşmə ilə bağlı problemləri araşdırır

Seysmoloji Xidmət Mərkəzi Badamdardakı sürüşmə ilə bağlı problemləri araşdırır

Bakı şəhərinin Səbail rayonunda Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə tədqiqat aparırlar.

Mərkəzin İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıb və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.

12 Oktyabr 2018 16:40 - EKOLOGİYA
EKOLOGİYA
11 Oktyabr 2018 | 19:05
Yeni qeyri-adi qurğu

Ən son xəbərləri səhifəmizdən də izləyin