Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputatdan Bosniya Parlamentinə məktub

Milli Məclisin deputatı, Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev tərəfindən Bosniya Parlamentinə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki son qanunsuz hərəkətlərinə, eləcə də alovlandırıcı ritorikasına diqqət yönəltmək üçün məktub ünvanlanlayıb.

Məktubda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Baş katibinin qlobal atəşkəs çağırışına dəstəyini genişləndirdiyi bir vaxtda Ermənistan tərəfinin yenidən təxribata əl ataraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycan Ordusunun hərbi qulluqçularına və mülki şəxslərə qarşı törətdiyi təcavüz aktı öz əksini tapıb.

Həmçinin, Ermənistanın son dərəcə təxribat xarakterli bəyanatlarının davam etdiyi, Azərbaycanın ikinci ən böyük yaşayış məntəqəsi olan Gəncə şəhərinə və Mingəçevir su elektrik stansiyası kimi strateji mülki infrastruktura zərbə vurmaqla bağlı hədə xarakerli son açıqlamaları da qeyd olunub.

Eyni zamanda deputat Ermənistanın Dağlıq Qarabağda son 30 ildə tətbiq etdiyi demoqrafik siyasəti qeyd edərək, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşma etməklə yaxın zamanda Livandan olan erməni qaçqınlarının  məqsədli şəkildə yerləşdirilməsini və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını da xüsusi vurğulayıb.

Son olaraq məktubda M.Əfəndiyev həmkarlarını Ermənistanı təxribatçı və militarist siyasətindən çəkinməyə inandırmağa, işğal olunmuş ərazilərimizin fiziki, mədəni və demoqrafik xarakterini dəyişdirməyə yönəlmiş fəaliyyətə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərinə qeyd-şərtsiz əməl olunaraq təxribatçı Ermənistan tərəfinin  Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasına əməli töhfə verməyə səsləyib.

Anar Əliyev,
“Xalq qəzeti”

25 Sentyabr 2020 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə