Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yevgeni Mixaylov: Hakopyanın fəaliyyəti tərəfləri sülhə yaxınlaşdırmayan təxribatdır

Yevgeni Mixaylov: Hakopyanın fəaliyyəti tərəfləri sülhə yaxınlaşdırmayan təxribatdır

Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri davam etdirir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesinə mane olmaq cəhdlərini dayandırmır.

Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakopyanın təşəbbüsü ilə Ermənistan tərəfi “Qadınlar sülh naminə” kampaniyası çərçivəsində Dağlıq Qarabağa səfər etmişdi. Bu addım Rusiya ekspertlərinin diqqətindən yayınmayıb.

Rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov bu məsələni şərh edərkən A.Hakopyanın təşəbüsünü məntiqdən kənar adlandırıb: “Ermənistanın münaqişəsi Rusiya ilə yox, Azərbaycanladır. Azərbaycan nümayəndə heyətinin Qarabağa səfəri daha məntiqli olardı. Bundan başqa, Bakının bu cür səfərlərə nə cür reaksiya göstərdiyi məlumdur. Aydındır ki, yaxın zamanlarda respublikanın arzuolunmaz şəxslərdən ibarət "qara siyahısı” Hakopyanın dəvəti ilə Qarabağa getmiş rusiyalı qadınların adı ilə zənginləşəcək”.

Y.Mixaylov bildirib ki, A.Hakopyanın hərəkətləri tərəfləri sülhə yaxınlaşdırmayan təxribatdır: “Bu cür hərəkətlər onu bildirir ki, bundan sonra həmin rusiyalılarda öz sülhməramlı mövqeyini Azərbaycana çatdırmaq imkanları olmayacaq. Bu addımları heç cür sülhməramlı adlandırmaq olmaz”.

12 Oktyabr 2018 16:27 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin