Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin bu ilin sonunadək koronavirusa qarşı 600 milyon peyvənd istehsal edəcək

COVID-19-un müəyyən ediliyi Çində bu ilin sonuna qədər koronavirusa qarşı 600 milyon doza, 2021-ci ildə isə 1 milyard dozadan çox peyvənd istehsalı nəzərdə tutulur.

 Sinxua agentliyi  xəbər verir ki, bu rəqəmləri Çin Elm və Texnika Nazirliyinin Biotexnologiyalar Mərkəzinin rəhbəri Çjan Sinmin bu gün keçirilən mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, koronavirusun azacıq mutasiyası hazırda ona qarşı hazırlanın vaksinlərin effektini azaltmağa qadir deyil. Bu mutasiya norma daxilində gedir. “Hazırda sınaqları keçirilən vaksinlərin istehsal ediləcəyi təqdirdə, onlar koronavirusun bütün fəsadları ilə uğurla mübarizə apara biləcək”, - deyə Çjan Sinmin bildirib.

25 Sentyabr 2020 13:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə