Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rumıniyanın “News24hours” portalı Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışını dərc edib

Rumıniyanın “News24hours” portalı Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını AZƏRTAC-a istinadla tam şəkildə dərc edib.

Dövlət başçısı çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, regional sülhə və təhlükəsizliyə təhdid yaratmasından, işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirməsindən, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti aparmasından, dövlət sərhədi istiqamətində törətdiyi son təxribatlardan bəhs edib.

Prezident İlham Əliyev, həmçinin Ermənistanın işğalının səbəb olduğu çətinliklərə baxmayaraq, Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət yaratmağa müvəffəq olmasından, son 17 ildə ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etməsindən, COVID-19-la mübarizədə görülən işlərdən danışıb.

Beynəlxalq sülh və təhlükəsizliyin, pandemiyanın dünya dövlətlərinə təsirinin ölkələr arasında həmrəylik tələb etdiyini vurğulayan Prezident müvafiq təkliflər də irəli sürüb.

25 Sentyabr 2020 12:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə