Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Sumqayıt"ın kapitanı: "Qarabağ"a qalib gələ bilərik"

"Qarabağ"ın gücü hər kəsə bəllidir. Bizi son illərin çempionu ilə çətin oyun gözləyir. Matça çox ciddi hazırlaşırıq, məqsədimiz yaxşı mübarizə apararaq xal və ya xallar qazanmaqdır".

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Premyer Liqanın "Qarabağ"la evdə keçirəcəkləri Azərbaycan Premyer Liqasının IV tur matçı barədə danışarkən deyib. 

32 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə dueldə yaxşı nəticə qazanmaq üçün 90 dəqiqə dayanmadan meydanın hər qarışı uğrunda mübarizə aparmalı olduqlarını söyləyib: "Əsas məqsədimiz meydanı xalsız tərk etməmək olacaq. Qələbə və ya heç-heçə olacağını matçdan sonra görəcəyik. İnanıram ki, istəyimizə çatacağıq".

Hüseynov "Qarabağ"da aparıcı futbolçuların zədəli olmasının onların oyununa təsir etməyəcəyini söyləyib: "Qarabağ"ın heyətində onları əvəz edəcək oyunçular var. Rəqibdə keyfiyyətli futbolçular çoxdur. Onların hər biri çempionatda bizə başağrı ola bilir".

Qeyd edək ki, sentyabrın 25-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçı saat 19:00-da başlayacaq. Ağdam təmsilçisinin heyətində Mahir Emreli, Abdullah Zubir, Xayme Romero və Rahil Məmmədov zədəlidir. "Sumqayıt"da isə qapıçı Mehdi Cənnətov eyni səbəbdən oynaya bilməyəcək.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

25 Sentyabr 2020 11:52 - İDMAN
İDMAN
25 Oktyabr 2020 | 00:37
Həftənin ən gözəl qolu
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb

Köhnə versiyamızdan xəbərləri izlə