Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mahir Emrelinin cəzası açıqlandı

UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev matçında birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib. 

Sportline.az xəbər verir ki, UEFA-nın Media və İctimaiyyətlər Əlaqələr Departamentindən "Report"a verilən eksklüziv məlumata görə, 23 yaşlı hücumçu kobud oyunu ilə əlaqədar 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən, Kiprlə səfər matçını buraxmış "Qarabağ"ın forvardı Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

25 Sentyabr 2020 11:51 - İDMAN
İDMAN
25 Oktyabr 2020 | 00:37
Həftənin ən gözəl qolu
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb

Köhnə versiyamızdan xəbərləri izlə