Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan qazı Serbiya və Bolqarıstan ərazilərindən Avropaya

Rusiya qazı ilə yanaşı "Türk axını" boru kəmərinin davamı olaraq Serbiya və Bolqarıstan ərazilərindən ABŞ maye qazının və Azərbaycan təbii qazının nəqli planlaşdırılır.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə Bolqarıstanın Baş Naziri Boyko Borisov Səudiyyə Ərəbistanının Enerji nazirinin korporativ idarəetmə üzrə müavini Aabəd Abdulla Əl-Saudla birlikdə qaz kəmərinə baxış keçirərkən bildirib.

Onun sözlərinə görə, bu nəhəng infrastruktur layihəsi Bolqarıstana Azərbaycan və Rusiya qazının nəqlinə imkan verəcək.

B. Borisov qeyd edib ki, "Balkan axını"nın reallaşmasından sonra Bolqarıstanın bölgədəki yanacaq tədarükünün şaxələndirilməsinin qarantı olacağına ümid edir.

Qeyd edək ki, layihənin özəlliyi ondan ibarətdir ki, qaz kəməri "Türk axını" boru kəmərindən gələn və göndərilən yanacaq üçün işlənə bilər. Beləliklə, "Balkan axını" Bolqarıstan və Serbiyanın qaz nəqli sistemlərini birləşdirəcək.

“Xalq qəzeti”

25 Sentyabr 2020 11:36 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə