Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda iqtisadi azalma gözləntilərdən daha aşağı olacaq

İlkin təhlillərə əsasən, Azərbaycanda 2020-ci ildə ÜDM-in azalması gözlənilsə də, azalma templəri gözləntilərdən daha aşağı olacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkəsən “Filizsaflaşdırma" ASC və “Çovdar” filiz emalı sahəsinə səfəri zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, əgər proqnozlara əsasən, may-iyun aylarında iqtisadi azalma 4,5-4,7 faiz səviyyəsində olacağı ehtimallar olunurdusa, hazırda iqtisadiyyatın azalma templəri təxminən 3,5-3,7 faiz ətrafında proqnozlaşdırılır: “Bütün bu proqnozlarda pandemiyanın ikinci dalğasının olub-olmaması, olduğu halda və təqdirdə hansı dərəcədə sərt olması və ən əsası – vətəndaşlarımızın, hər birimizin müvafiq normalara riayət edilməsi ilə birbaşa bağlıdır. Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa olaraq sosial aktivliklə bağlıdır. Bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz”.

V.BAYRAMOV,
“Xalq qəzeti”

25 Sentyabr 2020 11:23 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə