Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan UEFA reytinqində 26-cı pillədə möhkəmlənib

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

 

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsinin matçlarından sonra cədvəldə cüzi dəyişikliklər yaşanıb.

 

Bəzi ölkələrin xal hesabını artırması mövqelərin dəyişməsi ilə nəticələnib. Cədvəlin ilk yarısında Şotlandiya Ukraynanı arxada qoyub. Digər yerdəyişmələr ikinci yarıda baş verib.

 

Avropada yalnız bir təmsilçisi qalan Azərbaycanın mövqeyi dəyişməyib. 26-cı pillədə qərarlaşan ölkəmizin hesabında 16,250 xal var. İzlədiyimiz ölkələr xal hesablarını artırmaqla Azərbaycandan uzaqlaşıb. 24-cü olan Norveçlə fərq 1,500, 25-ci olan Rumıniya ilə isə 0,575-ə çatıb. Azərbaycan özündən aşağı pillələrdə qərarlaşanlardan da xeyli öndədir. Qazaxıstan 0,625, Belarus 1,125 xal geridədir.

Qeyd edək ki, cədvəlin ilk pilləsində 81,069 xala malik İspaniya qərarlaşıb.

"Xalq qəzeti"

25 Sentyabr 2020 11:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə