Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ müharibəsi komandiri Şair Ramaldanov: Müharibə şəraitində ordu quruculuğuna daha çox vəsait ayrılması zəruridir

Son gü3nlərdə ölkəmizdə gedən yüksək səviyyəli iqtisadi-maliyyə müzakirələrində gələn ilin dövlət büdcəsində hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılması təklif olunur. Bu məsələyə münasibət bildirən  hərbi ekspert-- Qarabağ müharibəsinin şöhrətli komandirlərindən biri, ehtiyatda olan polkovnik Şair Ramaldanov mediaya açıqlamasında ordu quruculuğuna ayrılan vəsaitin artırılmasının indiki şəraitdə başadüşülən və təqdirəlayiq olduğunu bildirib:

– Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev daim çıxış və bəyanatlarında ordumuzun bundan sonra da ən müasir silah-sursat və hərbi texnika ilə təmin ediləcəyini bildirib. Hər il artan hərbi büdcə vəsaitləri hesabına Silahlı Qüvvələrimiz sürətlə inkişaf edərək ən müasir orduların tələblərinə cavab verən bir səviyyədə qərarlaşıb.

Azərbaycan ordusundakı silah və texnika dördüncü nəsil silahlardır. Yəni dünyadakı ən müasir silahlar Azərbaycan ordusunun arsenalındadır. Bu baxımdan orduya önəm verən bir dövlət kimi Azərbaycanın hərbi büdcəni artırması normal bir yanaşmadır. Hər bir dövlət özünü müdafiə etməyi bacarmalıdır. Azərbaycan ordusunun da əsas vəzifəsi Azərbaycanı müdafiə etmək, işğaldakı torpaqları azad edərək ərazi bütövlüyümüzü bərpa etməkdir.

Hərbi erkspert sonda bildirib: “Azərbaycan müharibə vəziyyətindədir. Son zamanlar baş verən olaylar göstərdi ki, Ermənistan Rusiya və digər ermənipərəst qüvvələr tərəfindən silahlandırılmaqda davam edir. Bu baxımdan ordumuzu daha da gücləndirmək üçün ordu quruculuğuna daha çox vəsaitin ayrılması zəruridir. Əgər ordu quruculuğu sahəsində yeni uğurlara imza atmaq, işğal edilmiş ərazilərdə anti-terror əməliyyatları həyata keçirmək, ərazi bütövlüyümüzün toxunulmazlığını təmin etmək istəyirsə, o zaman bu sahəyə diqqətin artırılması təbiidir”.

R.TAHİR,
“Xalq qəzeti”

25 Sentyabr 2020 10:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə